Britaniya şirkətlərinin nümayəndə heyəti Azərbaycana gələcək
21.11.2017

Britaniya şirkətlərinin nümayəndələri noyabrın 22-24-də Azərbaycana səfər edəcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər BP ilə SOCAR-ın birgə təşəbbüsü ilə başlanan Böyük Britaniya və Azərbaycan arasında Tərəfdaşlıq Proqramı çərçivəsində baş tutacaq. Tərəfdaşlıq Proqramı Böyük Britaniya və Azərbaycan şirkətlərinin uzunmüddətli əlaqələrinin formalaşdırılmasını təşviqi üçün nəzərdə tutulub.

Səfər çərçivəsində Britaniya nümayəndə heyəti Bakıda neft-qaz sektorunda lider olan bir sıra Britaniya və Azərbaycan şirkətlərində olacaq. Həmçinin Bakı Ali Neft Məktəbində SOCAR, BP, “Total” və “ABB Showcase” ilə texniki sessiyalar keçiriləcək.

Nümayəndə heyəti Böyük Britaniyada sürtkü materialları üzrə aparıcı istehsalçı və distribüter olan “Miller Oils” şirkəti noyabrın 23-də Bakıda yeni obyektlərini açacaq. “Millers Oils” Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edir.

azertag.az