“YARAT” Müasir İncəsənət Mərkəzi uşaqları noyabrın 25-də “Little Voice” layihəsinin ilk tədbirinə dəvət edir.
“YARAT”dan bildirilib ki, “Dünya uşaqların gözü ilə” adlı tədbir 9-15 yaşarası uşaq və yeniyetmələrə öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platformadır.
Tədbir çərçivəsində doqquz uşaq - spikerin maraqlı çıxışları və istedadlı uşaqların rəqsi, habelə müxtəlif musiqi nömrələri səsləndiriləcək. İştirakçılar iki saat müddətində dünyaya uşaqların gözü ilə baxmaq imkanı əldə edəcəklər.
azertag.az