Qonşusuna 12,5 milyon dollar miras qoydu!
11.12.2012

Avstraliyanın Sidney şəhərində yaşayan Beatris Qrey yaxşı qonşu olduğu üçün gözlənilməz hədiyyə ilə mükafatlandırılıb.

Qreyin talehini dəyişdirən hadisə, 2005-ci ildə yaşadığı evin yanındakı villaya yaşlı bir qadının köçməsi olub.

O zaman 91 yaşında olan Betti Harris, onu qocalar evinə yerləşdirmək istəyən yaxın qohumlarına acıqlanmış və ayrı bir evə köçmüşdür. Yaşlı qadına tək yaşamağa kömək edəcək heç kim olmadığından, Qrey onun alış-verişini etməyə, evini təmizləməyə və onun üçün yemək hazırlamağa başladı.

Qadın xəstələndiyində onu hətta, öz avtomobili ilə xəstəxanaya belə apardı. 2009-cü ildə qadın vəfat etdikdən sonra, onun 12,5 milyon dollarlıq sərvəti qonşusu Beatris Qreyə vəsiyyət etdiyi məlum oldu.

Harrisin qohumları məhkəməyə müraciət etsə də, hakim yaşlı qadının vəsiyyətini keçərli sayıb və qadının sərvətinin hamısı Qreyə verib.

Gün.Az