Messi dünya rekordu qırdı
11.12.2012

Argentinalı ulduz Lionel Messi dünya rekordu qırıb.

Dünən “Real Betis” “Barselona” oyununda Messi iki qol vuraraq əfsanəvi alman futbolçu Herd Müllerin qol rekordunu təzələyib.

40 ildi Müllerin bir il ərzində vurduğu 85 qolluq rekord futbolçular üçün əlçatmaz idi. Lakin dünənki görüşdə Messi oyunda iki qol vurmaqla ümumilikdə bir il ərzində 86 qol vurmuş olub. Amma argentinalı ulduz ilin sonuna kimi bu göstəricisini daha da yaxşılaşdıra bilər. Artıq futbolçular Lionel Messi rekordunu təzələməyə çalışacaqlar.

Big.az