Bakıda polşalı dizaynerlə görüş keçiriləcək
22.11.2017

Bakıda noyabrın 30-da Polşa və Azərbaycan sənətində ənənəvi motivlər haqqında təqdimat keçiriləcək.
Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "Etnodizayn" adlı tədbir Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyinin himayəsi altında "YARAT" Müasir İncəsənət Mərkəzində keçiriləcək.
Tədbir zamanı müzakirələrin aparılacağı, Polşa və Azərbaycan dizaynerlərinin iştirakı ilə sənət əsərlərinin multimedia təqdimatlarının keçiriləcəyi gözlənilir.

report.az