Gələn il Bakı Metropoliteni iki yeni stansiyanı istismara veriləcək
12.12.2012

Bakı Metropoliteni gələn ilin sentyabrınadək iki yeni stansiyanı–“Avtovağzal” və “Memar Əcəmi 2”-ni istismara verməyi planlaşdırır. Bu barədə jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, indi stansiyaların ərazilərindən köçürülmə prosesi həyata keçirilir. Ancaq bu proses çox çətin (məhkəmələr vasitəsilə) gedir, buna görə stansiyaların istismara verilməsi ləngiyə bilər.

Qeyd edək ki, Metropoliten 2016-cı ilədək “Həzi Aslanov-2”, “Köhnə Günəşli” və “Təzə Günəşli” stansiyalarını açmaq niyyətindədir.

ANS PRESS