Bakıda “SEXY GANGNAM Style” fləşmobu - Video
12.12.2012

“FLASHMOB Azerbaijan” qrupu yenidən Bakı sakinlərini qeyri-adi və şən layihəsi ilə təəccübləndirib.

LMFAO və PSY-in ifa etdiyi iki məşhur hitdən ibarət olan “SEXY GANGNAM Style” fləşmobu şəhərin həyatına canlanma gətirib.

Hər şey Bakının ən canlı mərkəzi küçələrindən birində başladı. Çıxışlar gənclərin atletik bacarıqlarının nümayişi ilə başlasa da, daha sonra isə öz yerini tədricən rəqs hərəkətlərinə verdi.

Birdən gözlənilmədən “bakılı SPY” çıxışa müdaxilə etdi və dünyada məşhur “GANGNAM Style” hitinin sədaları altında rəqs etməyə başladı. Arxada rəqs edən fləşmobçu gənclər dalğası da ona qoşuldu.

Havanın soyuq olmasına baxmayaraq, rəqsdə eyni vaxtda 120-dən artıq şəxs iştirak edirdi. Ümumilikdə isə məşqlərə 250 nəfər gəlib.

Videonun ən məzəli mənzərəsini yaradanlar isə balkondan aşağıdakı fləşmobu maraqla izləyən yaşlı bakılılar oldu.

“FLASHMOB Azerbaijan” (FMA) qrupu tezliklə nəinki Bakını, həmçinin bütün dünyanı da yeni layihələri ilə heyran qoymaq fikrindədir.

Qrup haqqında məlumatı (http://www.facebook.com/groups/flashmob.az) linkinə keçməklə əldə etmək olar.

Qrupun qaydalarına müvafiq olaraq, fləşmoblarda və məşqlərdə iştirak etmək pulsuzdur. Bunun üçün “Fləşmobçunun Qaydaları”nı oxumaq və qrupda qeydiyyatdan keçmək kifayət edir.

“FLASHMOB Azerbaijan” qrupu indiyə qədər Bakıda müxtəlif üslublu və məzmunlu 30-dan artıq fləşmob həyata keçirib.

Qrupun Facebookdakı səhifəsi : http://www.facebook.com/Flashmob.Azerbaijan

Facebookdakı qrup: http://www.facebook.com/groups/flashmob.az/

Video