Dekabrın 1-də Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçiriləcək.
3 dekabr “Beynəlxalq Əlillər Günü” münasibəti ilə keçiriləcək konsertdə məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.
Konsertdə Daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin əlilləri, 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış edəcəklər.
Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşaiyət edəcək.
Saat 16:00-da başlayacaq konsertə giriş pulsuzdur.
trend.az