“Papanin”, “Kubinka” və “Sovetskaya” küçələrinin yenidənqurma planı tərtib edilib
12.12.2012

Bakının mərkəzi küçələri sayılan “Papanin”, “Kubinka” və “Sovetskaya”nın yenidənqurma planı hazırlanıb.

Bu barədə jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Abbas Ələsgərov bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə “yeni parklar, bağlar və otellər salınacaq”. Fizuli küçəsində yerləşən sinaqoqun sökülməsi ehtimalı ilə bağlı isə o qeyd edib ki, belə bir plan mövcud deyil.

Gün.Az