Cənubi Koreyanın “Samsung” şirkəti süni intellektin araşdırılması mərkəzi açmaq niyyətindədir.
Bu barədə xarici nəşrlər “Samsung” şirkətinə istinadən məlumat verirlər.
Əldə olunan məlumata görə, Cənubi Koreya istehsalçısı özünün süni intellekt üzrə araşdırılma mərkəzini açmağı planlaşdırır. Bu, dördüncü texnoloji inqilabda baza texnologiyası hesab edilir.
Mərkəzin harada yerləşəcəyi ilə bağlı hələlik heç bir şey məlum deyil. “Samsung”un özünün bu layihəsinə nə qədər vəsait yatıracağı da bilinmir.
Bütün bunlardan başqa, şirkətdə bazar dəyişikliyinə və əməliyyat effektivliyinin artırılmasına operativ əməl olunması üçün kiçik dəyişiklik ediləcək.
lent.az