Azərbaycanda pasportun itirilməsi və qəsdən korlanması “Pasport haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunların tələblərini pozmağa görə məsuliyyət yaratmayacaq.
Bununla bağlı həmin qanunların müvafiq maddələrində pasportun və şəxsiyyət vəsiqəsinin itirilməsi, eləcə də qəsdən korlanması sözlərinin çıxarılması təklif olunur.
“Dövlət rüsumu haqqında” qanunda Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının, eləcə də Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi ilə korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum dərəcələrinin müəyyən edilməsi nəzərdə tutulub. Müvafiq dəyişikliklərin əsas məqsədi dövlət xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.
Qanun layihələri Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
trend