Günün qoroskopu
12.12.2012

Qoç - İşdə, maliyyə məsələlərində və şəxsi həyatda bu gün sizi sınaqlar gözləyir. İntensiv emosiyalar, ciddi qərarlar, inadkar iş günüdür. Böhran istisna deyil. Ulduzlar bildirirlər ki, hiss və həyəcanların enerjisini işə yönəltməyi bacarsanız problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. İşdəki çətinlikləri dəf etməyə qadirsiniz. Borcunuzu qaytarmaq üçün gərəkli məbləği yığın.
Əks cinsin mənsubu ilə münasibətlərdə yanlış məqamları aradan qaldırın.

Buğa - Bu gün müttəfiqləriniz və rəqibləriniz çox sərt xarakter nümayiş etdirəcəklər. Psixoloji və ya başqa formada təsirlə təzyiqə məruz qalmağınız istisna olunmur. Məşğulluq, xroniki xəstəlik, qısqanclıq və ya sizdən narazılıq kimi hisslərin əsirinə çevrilmiş insanın davranışlarını nəzərə alaraq, tədbirli olun.
Hər şeyə rəğmən, işdə verilən tapşırıqları, tərəfdaşlarınızın qarşısındakı öhdəliklərinizi tam yerinə yetirin. Ehtiyac yarananda güzəştə gedin. Əks təqdirdə əməkdaşlıq alınmayacaq və təkbaşına çalışmalı olacaqsınız. Ailə üzvləri və ya yaxınlarınızın hisslərinə şübhə etməyin.

Əkizlər - Gələcəyə baxmağa, bir qədər sonra nələrin baş verəcəyini təxminləməyə cəhd göstərin. Uzaqgörənlik və təmkin bugünkü uğurlarınızın rəhni ola bilər. Mümkün problemlərlə bağlı xof sizi ikiqat sürətlə işləməyə vadar edə bilər. Bu isə ikiqat nəticə deməkdir.
Maddi təminat, sığorta, daşınmaz əmlakla bağlı məsələlərə marağınız artacaq.
İşlə bağlı situasiyanı dəqiq dəyərləndirin. Mümkün həmfikirlərin davranışına diqqət verin. Onlardan birinin sizə xoş olmayan sürprizi var.

Xərçəng - Bu gün izafi söhbətcillik və təmaslara meyllilik məsləhət deyil. Söhbət etmədən dura bilmirsinizsə, fikirlərinizi yalnız etibar etdiyiniz insanlara söyləyin. İşsiz, tənbəl halda oturmayın. Belədə xoşagəlməz, bədbin fikirlər əhvalınızı poza bilər.
Soyuq yerdə durmayın, ac qalmayın, ifrat yorğunluğa səbəb işlər görməyin, depressiyadan uzaq durun. Çünki sadalanan ünsürlərdən biri orqanizminizdə fəsad yarada bilər.
Axşam saatlarında diqqətinizi ailə üzvləri ilə təmaslarla yayındırın. Həyat gözəldir, buna şübhəniz olmasın.

Şir - Ciddi plan üzrə intensiv iş üçün əlverişli gündür. Normal çalışmağınıza və aktiv həyat tərzi keçirməyinizə mane olmursa, pəhriz saxlaya bilərsiniz. Nəzərdə tutduğunuz işi başa vurandan sonra vaxt taparaq son fəaliyyətinizi dəyərləndirin. Bəzi adətlərdən, şakərlərinizdən və müəyyən insanlarla ünsiyyətdən imtina etməyin vaxtı çatıb.
Ruh düşkünlüyü, qaraqabaqlıq, tənha qalmaq istəyi, qısqanclıq, şübhəli olmaq, həmişə və hər yerdə hamını nəzarətdə saxlamaq kimi hissləri unudun. Həmin hisslər həmişə sizə zərər verib, bundan sonra da problemlər yaratmağa davam edəcək.

Qız - Maliyyə problemlərinin dərhal yox, tədricən həll olunması ilə barışın. Daha çox gəlir əldə etmək və ya bahalı əşya almaq istəyi ilə yanaşı, passivlik, tənbəllik və ətalət də ziyandır. Həyatınızın maddi təminatını yaxşılaşdırmaq üçün bu gün mühüm addım atmaq vaxtıdır.
Əvvəlki dönəmlərlə müqayisədə daha çox çalışmaq ehtiyacının yaranması da istisna deyil. Qənaət etməyə hazır olun, konkret fəaliyyət planını hazırlayın, nə edəcəyinizi dəqiqləşdirin. Gerçək tələbatlarınızı ani istəklərinizdən ayırmağı bacarın.

Tərəzi - Yenə də yol ayrıcındasınız. Emosiyalar və xatirələr sizi ötən günlərə aparır, fikir və istəklər isə gələcəyə çağırır. İşdə həmkarlarınız, evdə isə ailə üzvlərinizlə münasibətlərdə gərginlik yarana bilər. Ciddi qərarlar qəbul etməkdən çəkinməyin, amma onu yaxınlarınıza bəyan etməyə tələsməyin.
Hadisələrin kölgədə qalan məqamlarını, kuluar gerçəklərini anlamağa çalışın.
Xoşagəlməz adamla ünsiyyət və ya söhbət zamanı sayıq olun. Ehtiyac duyulmayan yerdə situasiyanı ağırlaşdırmayın.
Axşam saatlarında deyingənlik və aqressiyaya qapılmayın.

Əqrəb - İşdə və evdə vəziyyət asan deyil, lakin vəziyyəti ümidsiz saymağa dəyməz. Ailə üzvləri, sevdiyiniz insanla münasibətlərdə soyuqluq yarana bilər. Lüzumsuz dərəcədə qapalı, asketik olmayın. Özünüzü ələ alın, sədləri dəf edin.
Təmkinli və soyuqqanlı olsanız, gələcək uğurlarınızın bünövrəsini qoyarsınız. Ruhdan düşməyin, məhdudiyyət və çətinlikləri bugünkü oyun şərtləri kimi qəbul edin. Axşam saatlarında evdə dincəlməyin gözlənlməz dərəcədə maraqlı olduğunu təsbit edə bilərsiniz.

Oxatan - Bu gün mühüm işlərə və ünsürlərə qeyri-ciddi yanaşma tərzi yolverilməzdir. Bacarıq və imkanlarınızı reallaşdırmağın yollarını düşünün. Çətin yollar aramayın. Sadə yolla çətin məqsədə çatmağın mümkünlüyü sizə fantastik ehtimal təsiri bağışlamasın.
Günün ikinci yarısında mürəkkəb tapşırıqla qarşılaşa bilərsiniz. Ruhdan düşməyin, həmin işin öhdəsindən gələ bilərsiniz.
Axşam saatlarında yarımçıq qalmış işin başa çatdırılması ehtiyacı yarana bilər.

Oğlaq - Tapşırığı yerinə yetirmək və dəyişikliklər istəyi arasında bu gün münaqişə yarana bilər. İş yerini tərk etməyi düşünürsünüzsə, mütləq şəkildə yeni iş yeri barədə təfərrüatlı məlumatlar əldə edin. Əks təqdirdə işdən çıxaraq işsiz qala bilərsiniz.
İşdə münaqişə aramayın, ofisdəki vəziyyəti uca səslə müzakirə edərək narazılığınızı həmişəki kimi izhar etməyin. Yox, əgər narazısınızsa, onda düşünün: öz işinizi quraraq çalışmaq üçün yetərincə cəsarət, maliyyə imkanları və perspektiviniz varmı?
Günün ikinci yarısında görüləcək işlər ağır təsir bağışlasa da, tapşırıqlardan yayınmayın. Səhhətinizdə problemlərin yaranmasına imkan verməmək üçün diqqətli davranın.

Dolça - İnqilabçılıq, ənənələrə qarşı çıxmaq, adətlərə etiraz etmək bu gün üçün məsləhətli davranış modeli deyil. Ünsiyyət və təmaslara çox vaxt ayırmayın, işinizlə məşğul olun. İşdə rəhbərliyi tənqid edərək sistemə qarşı çıxmaq istəyirsinizsə, bunun nəticələrinə hazır olub-olmadığınızı düşünün. Hazırsınızsa, başlayın.
Rəhbərliyə eksperimental layihə və ya orijinal həll yolunu təklif etməyin. Bu gün o mühafizəkar əhval-ruhiyyədədir və ideyanızı dəyərləndirməyəcək, sizi başınızdan eləmək üçün maliyyə çatışmazlığından bəhs edəcək.
İşdə emosioanl olsanız, uğursuzluqla qarşılaşacaqsınız. Günün ikinci yarısında sayıq olun. Axşam saatlarında bir qədər tək qalsanız, pis olmaz.

Balıqlar - Bu gün imkanlarınız çox olsa da, onların sərhədi var. Tələskənliyə yol verməyin, amma astagəl də olmayın. Darıxmaq, depressiyaya düşmək sizlik deyil. Sizin üçün çox önəmli olan insan telefon zənglərinə cavab verməyə bilər.
Belə halda ən yaxşı çıxış yolu hazırladığınız plan üzrə sürətli hərəkət, irəliləyişdir.
Etibarlı mənbədən məlumatlar əldə edərək görəcəyiniz işin təfərrüatlarını və perspektivlərini öyrənin.
Axşam saatlarında gərgin işi unudaraq istirahət edin.

Milli.Az