Oktyabrın 25-də Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək
21.10.2011

Oktyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, GİN-in təşkilatçılığı ilə keçiriləcək foruma 2000-ə yaxın gənc qatılacaq.
Forumda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər.