Oktyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan Gənclərinin VI Forumu
keçiriləcək. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin
rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, GİN-in təşkilatçılığı
ilə keçiriləcək foruma 2000-ə yaxın gənc qatılacaq.
Forumda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq
humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin
rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər.