Kosta Rikanın XİN başçısı Azərbaycana gələcək, Bakıda bu ölkənin səfirliyi açılacaq
27.11.2017

Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü olacaq.
Eyni zamanda Kosta Rika Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.

report.az