Cənub-Şərqi Asiyada həddən artıq təhlükəli yoluxucu xəstəlik yayılmağa başlayıb.İndoenziyada bu virusdan artıq 300 minə yaxın ördək, hind toyuğu və s. ev quşları tələf olublar.
İndoneziya Baş Baytarlıq Xidmətinin Ümumdünya Səhiyyə Təşkilatına yolladığı məktubda deyilir: "H5N1 virusunun yeni tipini aşkarlamışıq. Bu virus çox patogendir. "Quş qripi"ndən fərqli olaraq yeni virusun təsir vaxtı daha qısadır".
Yeni virusun patogentik sahəsi 2,3 əmsala bərabərdir.
Virusun artıq Vyetnam və Taylandda da yayılmağa başladığı vurğulanır.
Milli.Az