Daha bir marşrut avtobusunda pulsuz "Wi-Fi" xidməti işə düşəcək
27.11.2017

2018-ci ilin yanvarından “Xaliq Faiqoğlu” nəqliyyat şirkətinə məxsus 61 nömrəli marşrutla hərəkət edən avtobuslarda pulsuz “Wi-Fi” xidməti işə salınacaq.

Bu barədə şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunub ki, hazırda 18 və 65 saylı marşrutlarda “Wi-Fi” təqdim olunur.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti Bakıda 13 marşrut üzrə sərnişin daşımaları həyata keçirir.

trend