Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində neft dağılmalarının aradan qaldırılması üzrə mərkəz tikməyi planlaşdırır.
Bunu SOCAR-ın ekologiya idarəsinin rəhbəri Azər Əliyev Bakıda keçirilən “Oil Spill Control Caspian: Dənizdə və quruda neft dağılmaları” V praktiki konfransında deyib.
Onun sözlərinə görə, bu mərkəz üç stansiyadan ibarət olacaq:
“Artıq bu stansiyaların yerləşəcəyi yerlər müəyyən olunub. Stansiyalardan biri Qaradağ rayonunda N.Nərimanov adına NQÇİ ərazisində, ikinci stansiya Cilov adasında 28 may NQÇİ ərazisində, üçüncüsü isə Dübəndidə neft terminalının ərazisində ucaldıla bilər”.
SOCAR-ın Ekologiya İdarəsinin rəhbəri bildirib ki, 2018-ci ildə layihənin realizəsi ilə bağlı aktiv mərhələyə qədəm qoyulacaq.
O qeyd edib ki, mərkəzin inşası zamanı qabaqcıl beynəlxalq təcrübədən istifadə olunacaq.
trend