"Kurtlar Vadisi Pusu" serialında Polad Aləmdar rolunu oynayan aktyor Necati Şaşmaz evlənib.
Sürpriz bir şəkildə nikaha qərar verən Şaşmaz 2009-cu ildə kəskin ürəktutmadan vəfat edən məşhur türk jurnalist Ömər Lütfi Metenin bacısı qızı Nagehan Kaşıkçını alıb.
Nikahı İstanbulun Üsküdar rayonunun bələdiyyə sədri Mustafa Kara rəsmiləşdirib.
Təzə bəylə gəlinin nikahdakı şahidləri isə Hilmi Hacıosmanoğlu və "Pana Film" studiyasının ssenaristlərindən biri Cüneyt Aysan olublar.
Milli.Az