Dişi şir bir gündə 8 bala doğaraq dünya rekordu vurub. Bundan əvvəl iyulda Çində bir şir doğuş "rekord"una nail olmuş, bir gündə 6 bala doğmuşdu.
Zimbabvenin paytaxtı Hararedəki Lion and Cheetah Park-ında saxlanan Paşa adlı dişi şir 8 balanın anasıdır.
Paşa bu ilin əvvəlində 2 bala doğmuşdu və zooparkın əməkdaşları da bu dişi şirin ifrat "məhsuldarlığı"nın qarşısını almaq üçün ona xüsusi həblər verməyə başlamışdılar.
Zimbabvenine Milli Parklar və Təbiət İdarəsinin direktoru Hillari Madzikindanın dediyinə görə, unikal ana ilə onun balaları indi xüsusi nəzarət altındadır.
Milli.Az