Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda hazırlanmış “Qövsi Təbrizi. Divan” kitabının təkrar nəşri “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.
İnstitutdan bildirmişlər ki, XVII əsrin görkəmli Azərbaycan şairi Əlican Qövsi Təbrizinin oxuculara təqdim edilən “Divan”ı filologiya üzrə elmlər doktoru Paşa Kərimovun müxtəlif əlyazma nüsxələri əsasında tərtib etdiyi elmi-tənqidi mətn əsasında hazırlanmışdır.
AzərTAc