Azərbaycanlı atlet Nərmin Quliyeva Türkiyənin Bodrum şəhərində keçirilən “BodRUN” ultramarafonunda xüsusi medala layiq görülüb.
Xanım idmançı 50 km məsafəyə yarışı 7-ci yerdə tamamladığı üçün təltif edilib. Kişilərin 105 km məsafəyə yarışında iştirak edən “Baku Marafon Club”un digər üzvi Elşən Quliyev isə finiş xəttinə çata bilməyib.
O, marşrutun 80-ci kilomterliyində təyin olunan nöqtəyə vaxtında çata bilmədiyi üçün turnirdən kənarlaşdırılıb.
Qeyd edək ki, Elşən Quliyev və Nərmin Quliyeva daha əvvəl iyunda Türkiyənin Bursa şəhərində I Uludağ ultramarafonunda iştirak ediblər. Onlar müvafiq olaraq 50,5 km və 25 km məsafəni qət edərək, xüsusi medala layiq görülüblər.
report.az