Bakıda qış xeyriyyə yarmarkası keçiriləcək
28.11.2017

Dekabrın 3-də Bakıda "Passage 1901"də "Winter Bazar" qış yarmarkası keçiriləcək, tədbirdən əldə olunan gəlir əlillərin ehtiyaclarına yönəldiləcək.
Yarmarkanın təşkilatçısı qismində "HQS Group" şirkəti çıxış edəcək.
Həmçinin sərgidə uşaqlar üçün sabun bişirilməsi və məscidin maketinin quraşdırılması üzrə master-klasslar keçiriləcək, böyüklər üçün üz dərisinin qeydinə qalınması üzrə xüsusi olaraq Ukraynadan dəvət edilmiş kosmetoloq-məsləhətçi tərəfindən pulsuz treninq baş tutacaq. Bununla bərabər, valideynlərin bazarlıq etdiyi dövrdə uşaqların yaradıcılıqla məşğul olması üçün məkan ayrılacaq və onlar şəkil çəkə və əl işləri ilə məşğul olacaqlar.
Təşkilatçılar 3 dekabrın Beynəlxalq Əlillər Günü olduğunu nəzərə alaraq, məhdud imkanlı yaradıcı insanlara məhsullarını nümayiş etdirmək və satmaq imkanı yaratmaq məqsədi ilə 10 yer ayırıb.
Yarmarkadan əldə olunan gəlirlərin bir hissəsi əlillərin ehtiyacı üçün "Həyat Fondu"na və "Damla" xeyriyyə təşkilatına yönəldiləcək.
Qeyd edək ki, "Winter Bazar" dekabrın 3-də saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Tədbirin açılışında ulduzlar və Azərbaycanın görkəmli xadimləri iştirak edəcəklər.

report.az