Musiqili Teatrın həftəsonu afişası maraqlı tamaşalarla zəngindir
28.11.2017

Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi həftəsonu altı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşaçılar dekabrın 1, 2 və 3-də sənət ocağında “Hacı Qara”, “Qısqanc ürəklər”, “Bremen musiqiçiləri və Pen”, “www.ferzeli-kef.com”, “Bir dayan, canavar!” və “Bankir adaxlı” adlı səhnə əsərlərini izləyə biləcəklər.

Nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Marina Litvinenko, Nadir Xasıyev, Nadejda Povelitsina, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov və digərləri çıxış edəcək.

Rusdilli və balaca tamaşaçıları unutmayan teatrda onlar üçün “Bir dayan, canavar!”, “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşaları təqdim olunacaq.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

azertag.az