“Ümid” tamaşasının premyerası olub
28.11.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Pantomima Teatrında “Ümid” tamaşasının premyerası keçirilib.

Teatrdan bildirilib ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova çıxış ediblər.

Səhnə əsərində İkinci Dünya müharibəsi zamanı Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinin atom bombardmanından sonra fəlakət qurbanlarının həyatı əks olunub.

Xalq Artisti Bəxtiyar Xanızadənin rejissoru olduğu tamaşada rolları Əməkdar artistlər Nargilə Qəribova, Bəhruz Əhmədli və aktyor Vüsal Rzasoy ifa ediblər.

azertag.az