Kopenhagen Universiteti (Danimarka) qadınlara hamiləlik zamanı ağrıkəsici preparatları qəbul etməyi tövsiyə etmirlər. Söbət xüsusilə aspirindən gedir.
The Hindustan Times xəbər verir ki, alimlərin müşahidələrinə görə, hamiləlik zamanı aspirin qəbul edən qadınların uşaqlarında ağır sinir sistemi pozulması olan uşaq serebral iflicinin riski 2,5 dəfə daha çoxdur.
Mütəxəssislər 190 minə qədər qadın və uşağların məlumatlarını təhlil ediblər. Bu qadınların arasında hamiləlik zamanı aspirin, parasetamol və ibuprofen qəbul edən qadınlar olub. Alimlər aşkar ediblər ki, aspirin və parasetamolun qəbulu uşaq serebral iflicinin riskini artırır. Alimlər bunu bu 2 dərmanın uşağın beyninə olan toksiki təsiri ilə izah edir.
Alimlərin fikrinə görə, hamiləliyin ortalarında parasetamol və aspirinin qəbulu xüsusilə risklidir.
saglamolun.az