Hövsan Olimpiya İdman Kompleksində gimnastika üzrə turnir keçiriləcək
13.12.2012

Azərbaycan Gimnastika Federasiyası (AGF) dekabrın 22-23-də ilk dəfə üç növ - idman gimnastikası, akrobatika və tamblinq üzrə yarış keçirəcək. İlə yekun vuracaq turnirdə rekord sayda, yəni 117 gimnast iştirak edəcək.

Bu barədə Federasiyanın cümə axşamı yaydığı xəbərdə deyilir.

İdmançılar paytaxtın beş idman cəmiyyəti (Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonunun İdman Məktəbi, "Neftçi" və "Təhsil" cəmiyyətləri), həmçinin Sumqayıt və Balakəni təmsil edəcəklər.

Yarışın ilk günündə təsnifat çıxışları (akrobatlar və tullananlar), ikinci günü - onların çoxnövçülük üzrə final yarışı olacaq. Çempion gimnastlar hər iki yarış günündə elan ediləcək.

Azərbaycan Gimnastika Federasiyası artıq müxtəlif meydançalarda yarışların keçirilməsi təcrübəsinə malikdir. Turnirlərdən bəziləri Qusar və Şağan Olimpiya idman komplekslərində uğurla keçirilib.

Trend