Türkiyənin Qara dəniz bölgəsinə meteorit düşüb. Bu barədə cümə axşamı DHA agentliyi xəbər verib.
Məlumata görə, metorit dünən yerli vaxtla saat 23:00-da düşüb. Bu fakt Ordu şəhərinin sakinləri arasında təşviş və qorxu yaradıb.
Ordu şəhərinin meri Orxan Düzgün meteoritin düşməsi faktını təsdiqləyib. Meteoritin düşməsini şəhərin müəssisələrindən birinin müşahidə kamerası vasitəsi ilə qeydə almaq mümkün olub.
Merin sözlərinə görə, göy cisminin düşdüyü yer dəqiqləşdirilir.
Video
Trend