Afaq Bəşirqızı “Bankir adaxlı” da baş rolu canlandıracaq
29.11.2017

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” ikihissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində baş rolu - Nisə obrazını Xalq Artisti Afaq Bəşirqızı canlandıracaq. Bir-birindən maraqlı, gözlənilməz situasiyalarla zəngin olan musiqili komediya sənət ocağının tamaşaçılarına dekabrın 3-də təqdim ediləcək.

Eyni zamanda, səhnə əsərində Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Gültac Əlili, Elçin İmanov, Ruslan Mürsəlov və Fərid Rzayev çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar Artist Vaqif Məstanovdur. Tamaşaya Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev dirijorluq edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

azertag.az