Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Firuzə Məmmədlinin “Söz macalı” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
30-dan artıq kitabın, 4 monoqrafiyanın, 120-dən çox elmi və publisistik məqalənin müəllifi olan Firuzə Məmmədli filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. Şeirləri müxtəlif dillərə tərcümə edilib.
Bir çox dillərdə yazılmış bədii əsərləri dilimizə tərcümə edən Firuzə Məmmədli 2017-ci ildə “Qızıl kəlmə” mükafatına layiq görülüb.
Şairin 8 cildlik “Seçilmiş əsərləri”ndən sonra “Söz macalı”nda müxtəlif illərdə qələmə aldığı şeirlərindən seçilmiş nümunələr yer alıb.
azertag.az