Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər
30.11.2017

Azərbaycan milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma qaydasının YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınması üçün müraciət edib.
BMT-nin xəbər mərkəzinə istinadən verilən məlumata görə, məsələ bu il dekabrın 4-dən 9-dək Cənubi Koreyanın Çedjudo adasında keçiriləcək təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında müzakirə olunacaq.
Tədbir iştirakçıları 34 yeni müraciətə baxacaqlar.

report.az