Günün qoroskopu
13.12.2012

Qoç - günün ilk yarısında imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. İstənilən işin öhdəsindən gələ biləcəyinizi düşünürsünüz, amma belə deyil. Maliyyə məsələləri ilə bağlı izafi nikbin olmayın. Pulları ani istəklərinizə sərf etməyin. Həmin məbləğlərə daha yaxşı tətbiq yolu tapmaq olar.

Uzaq səfərlər və yaxşı tanımadığınız insanlarla təmaslardan uzaq durun.

Günün ikinci yarısı çox əlverişli, uğurlu ola bilər. Başladığınız hər işi asanlıqla sonuclaya bilərsiniz. Çoxdan bəri arzuladığınız məqsədə çatmaq imkanları var.
Darıxdığınız insana özünüzü xatırlatmağın vaxtıdır.

Buğa - emosiyalarınızı nəzarətdə saxlayın və onların sizə maneələr yaratmasına imkan verməyin. Həddən ziyadə güclü enerjinizi qurub-yaratmağa yönəldin. Belədə uğurlar sizi çox gözlətməyəcək.

Hissiyatınızı gücləndirin. İstənilən mürəkkəb, qeyri-adi situasiyada dərhal doğru yönü tapmağa, yanlış qərarlar verməməyə çalışın.

Mənəvi yüksəliş və biliklərin artırılması üçün əlverişli gündür.

Yaxın ətrafınızdakı insanlar, ailə üzvləri ilə maraqlanın, onların problemlərinin həllində yardımçı olun.
Axşam saatlarında əhvalınız dəyişə bilər. Bu, yorğunluğun nəticəsidir.
Bir qədər istirahət edin.

Əkizlər - güclü rəqiblə mübarizədən, qarşıdurmadan qalib ayrılacaqsınız. Anadangəlmə istedadınız və sonradan əldə etdiyiniz bacarıqlarınızı parlaq şəkildə nümayiş etdirin. Belədə, ətrafdakı insanlarla müqayisədə üstünlük əldə edə bilərsiniz.

İşdə yetərincə xoş uğurlar mümkündür. Maraqlı və cazibədar işgüzar təkliflərin alınması istisna deyil.
İdman və fiziki əmək üçün əlverişli gündür.

İş yoldaşları və dostlarınızın potensialından maksimum istifadə edin.

İşdə və ailədə mübahisələrə başlamayın. Belə davranışın pis nəticələri ola bilər.

Axşam saatlarını istirahətlə yanaşı, məlumatların əldə olunmasına sərf edin.

Xərçəng - bu gün uğur əldə etmək, irəliləyişə nail olmaq asan deyil.

Məqsədinizə çata bilərsiniz, amma bunun üçün yaxşıca çalışmaq gərəkdir.
Sizdən öz məqsədləri üçün məkrli şəkildə sui-istifadə etməyə çalışan, bunun üçün yaramazlıqlar və intriqalara əl atan insanlarla qarşılaşacaqsınız.

İşdə və ailədə lider məziyyətlərinizi nümayiş etdirin. Bəzən yaxın ətrafınızdakı insanların mövqelərini, fikirlərini və sözlərini qulaqardına vurursunuz. İfrata varmayın, özünüzü aldatmayın.

İstifadə etdiyiniz elektron və ya texniki vasitələrdən biri sına bilər, sıradan çıxar.
Habelə, qiymətli əşyanın itməsi də mümkündür.

Şir - sizi çox çətin və qarışıq gün gözləyir. Ciddi problemlərlə qarşılaşa bilərsiniz. Hər hansı formada birgə iş, layihə, tərəfdaşlarla əməkdaşlıqda müəmmalar və ya qəfil maneələr yarana bilər.

Soyuqqanlı olun, düşünülməmiş sözlər deməyin. Tərəfdaşlar, iş yoldaşları və ən nəhayət, çalışdığınız, ya da çalışdırdığınız insanla münasibətləri korlamamaq üçün emosiyasız davranış nümayiş etdirin.

Real nəticələrə nail olmaq üçün aktiv davranın.
Küsəyən olmayın, ətrafınızdakı insanların fikirlərinə və mövqelərinə sayğı ilə yanaşın.
Axşam saatlarında insanların gur olduğu yerlərə qatılmayın, kütlənin bir parçasına çevrilməyin.
Bir qədər tənhalıq, ya da ailə üzvləri ilə birlikdə vaxt keçirmək məsləhətdir.

Qız - enerjinizi doğru məcraya yönəldərək ikinci dərəcəli məsələlərə önəm verməsəniz, gün uğurlu alınacaq. Emosiya və hissləriniz güclü olsa da, soyuqqanlı olun.

Yaradıcılıq potensialınız artacaq. Bu gün əsl kəşflər edə bilərsiniz. Halebə, çox yaxşı tanıdığınızı düşündüyünüz insanın yeni, sizi heyrətləndirəcək və ya narahat edəcək məziyyətini görəcəksiniz.

İşdə və ailədə təşəbbüskar olun, hadisələrin axarına düşməyin.
Qısa səfərlər və ya gəzintilər üçün çox əlverişli gündür.
Günün ikinci yarısında, habelə axşam saatlarında yeni çətinliklər yarana bilər. Bütün sədləri asanlıqla dəf edəcəksiniz.

Tərəzi - sizi birmənalı olmayan, çətin gün gözləyir. Bütün diqqəti işə yönəltmək asan olmayacaq. Gərəksiz, sizi işdən yayındıra biləcək fikirlərə aludə olmayın.
Gərəksiz riskə getməyin, qüvvələrinizi dəqiq hesablamadan addım atmayın.

Gərəksiz riskə getsəniz, çox önəmli nəsnəni itirə bilərsiniz. Lakin düşünməyin ki, uğur əldə etmək mümkün deyil.
Əgər fəaliyyət planını əvvəlcədən hazırlasanız və bu plana dəqiq riayət etsəniz, bir sıra xoşagəlməz hadisələrdən qurtularaq can atdığınız məqsədə nail ola bilərsiniz.

Ağlınıza maraqlı ideyalar gəlir. Onları reallaşdırmağa tələsməyin, çünki nəticə gözləntiləri doğrultmayacaq.
Kiçik, amma ağrılı itkilər, gərəksiz xərclər ola bilər.

Əqrəb - bu gün bir çox işlər barədə düşünməli olacaqsınız. Həçmin işlər arasında sizə qətiyyən dəxli olmayan məsələlər də yer alacaq. Çətin, mürəkkəb və qarışıq situsiyalarda qəti qərar verməli olacaqsınız. Son söz sizin olacaq.

Nüfuzlu insanlarla söhbətlərdə çox ehtiyatlı olun. Yerinə yetirilməsi çətin işlərlə bağlı vədlər verərək özünüzü mürəkkəb vəziyyətə salmayın.

Günün ikinci yarısı yorğunluq hissi yaranacaq. Bəzi anlarda isə sizə elə gələcək ki, bacarmadığınız işə başlayıbsınız. Bu zaman başqalarının təcrübəsindən yararlanmağa, yad yolu getməyə çalışmayın.
Axşam saatlarında isə yaşanmış günü təhlil edin.

Oxatan - gün çətin və qarışıq olacaq. Diqqət yetirməli olduğunuz məqamlara etinasız yanaşsanız, ciddi səhvlərə yol vermiş olacaqsınız. Etibar və etimada əsla layiq olmayan insanların felinə uymayın, onların arxasınca getməyin.

İşdə rəhbərliklə, nüfuzlu şəxslə mübahisə etməyin.
Dedi-qodu, qeybət və şayiələrə inanmayın, başqalarının əlində marionetə çevrilməyin.

Yeni ideyalarınız pis olmasa da, onlara hazırlıq çox vaxt aparacağından tələsməyin.

Bu gün istənilən işdə tələskənliyə yol verməyin.

Oğlaq - sizi uğurlu və yaxşı gün gözləyir. Səyləriz və zəhmətinizin nəticələri sizi sevindirəcək. İşlər çox olsa da, bütün tapşırıqların və öhdəliklərin uğurla başa çatmasına nail olacaqsınız.
Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla təmaslara xüsusi diqqət ayırın.
Yeni tanışlıqlar mümkündür.

Laqeyd qalmadığınız insanla bir araya gələ bilərsiniz.
Önəmli informasiya və məlumatı vaxtında əldə edərək doğru qərar verin.

Uzunmüddətli planlaşdırma üçün uğurlu gündür. Şəxsi həyatda dəyişikliklərə başlaya bilərsiniz.
İşdə rəhbərlik sizin əzm və vicdanla çalışdığınızı görəcək.

Dolça – bu gün sizi böyük uğur gözləyir. Sadəcə, qüvənizə inanın, hissiyatınızın dediklərini eşidin. Hadisələrin adi, rutin məcrada inkişaf etməsinə mane olmayın.

Günün ikinci yarısında təşəbbüskar olun, baş verənlərdən maksimum yararlanın. İstənilən halda qətiyyətiniz öz sözünü deyəcək.
Sərfəli işgüzar təklif və ya hədiyyənin alınması mümkündür.

Bu gün insanlar sizinlə maraqlanacaqlar. Onların gözləntilərini doğrultmağa çalışın.
Zahiri görünüşünüzə xüsusi diqqət ayırın.

Balıqlar - yaxın ətrafınızdakı insanlara olan münasibətiniz və onlarla davranışınız günün axarını müəyyənləşdirəcək.

Təşəxxüs və eqoizm, xudpəsəndlik və mənəm-mənəmlik bu gün yolverilməz məziyyətlərdir.
Ünsiyyət və təmaslarda söhbətləşdiyiniz insanlara yuxarıdan aşağı baxmayın, başqalarının problemlərini rədd etməyin.

Bu gün taleyin sizinlə qarşılaşdıracağı insanlar sonradan həyatınızda mühüm rol oynaya bilərlər. Onlara xoş təsir bağışlamağa çalışın.

Sizdən soruşmasalar da, fikrinizi deyin. Lakin sərt olmayın, yoxsa münaqişələr qaçılmaz olacaq.
İşdə rəhbərliklə və nüfuzlu insanla mübahisə etməyin.

Milli.Az