Dünya şöhrətli müğənnimiz, SSRİ Xalq Artisti Zeynəb Xanlarova gələn il Türkiyədə geniş konsert proqramı ilə çıxış edəcək.
Konsert 2018-ci il martın 17 və 18-də İstanbulda baş tutacaq.
Qeyd edək ki, Türkiyədə Zeynəb Xanlarovanın sənətinə yüksək qiymət verilir. Ona Ankara Jurnalistlər Birliyi tərəfindən “İlin sənətçisi”, Türk Basın Birliyi tərəfindən isə “Basın və başarı” mükafatları verilib. “Dünyanın Zeynəbi” adlandırılan sənətkar dəfələrlə qardaş Türkiyədə olub, əvəzsiz ifaları və mahnıları ilə ürəklərdə silinməz izlər qoyub.
azertag.az