Bakının Binəqədi rayonunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
30.11.2017

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq, bu gecədən Binəqədi şosesinin Binəqədi qəsəbəsindən “4 yol” deyilən əraziyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə “Azəravtoyol” ASC-yə istinadən xəbər verilir.
Məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərini əhatə edəcək: “Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur”.

report.az