“Krım-2011” Beynəlxalq kitabxana konfransı yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan vermişdir
15.6.2011

Azərbaycan kitabxanaçıları Ukrayna Respublikasının Krım vilayətinin Sudak şəhərində keçirilən “Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində” XVIII Beynəlxalq Kitabxana Konfransında iştirak etmişlər.
Konfransda “Kitabxana və cəmiyyətin elektron informasiyası, informasiya əsrinin yeni onilliyində bizi nə gözləyir?”, “Gənc kitabxana mütəxəssisləri, yeni nəsil-yeni baxış?”, “Uşaq və yeniyetmələrdə qiraətlə bağlı çətinliklər”, “Elektron kataloq və Elektron kitabxanaların yaradılması üzrə Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin tədris dərsləri” mövzuları üzrə seminar, “dəyirmi masa”, sərgi və təqdimatlar xüsusi maraqla qarşılanmışdır.
C.Cabbarlı adına respublika gənclər kitabxanasının veb saytı və kitabxananın nəzdində yaradılmış Rusiyanın İctimai Hüquqi İnformasiya Mərkəzi, habelə kitabxanada keçirilən tədbirlərə dair slaydlar göstərilmişdir.
Bu kitabxana ilə İ.Qaspirinski adına Krım tatar kitabxanası arasında birgə layihələrin icrası barədə razılıq əldə edilmişdir.