Meksikada məhkəmə Mexiko ştatında altı qadını qətlə yetirən kişini 240 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə cümə axşamı Meksika Ədliyyə Nazirliyinin xəbərində deyilir. Belə ki, "ədabaz" ləqəbli Sesar Armando Librado Laqorettaya qurbanlarının hər birinə görə 40 il cəza kəsilib.
Bundan əlavə, öldürülən qadınların ailə üzvlərinin tələblərinə görə cinayətkar vurulan ziyana görə 44,5 min ABŞ dolları həcmində kompensasiya və 20 min ABŞ dolları məbləğində cərimə ödəməlidir.
Qeyd edək ki, avtobus sürücüsü işləyən 29 yaşlı kişi öz qurbanlarını zorlayıb, sonra isə onları qətlə yetirib. Onun sözlərinə görə, qadınların bu barədə polisə məlumat verəcəyindən qorxduğuna görə onları öldürüb. Buna baxmayaraq, qadınlardan biri xilas ola və baş verənlər barədə asayiş keçikçilərinə xəbər verə bilib.
Trend