Prezident İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilir:
Əliyeva Bəstixanım İsgəndər qızı
Əliyeva Ruhəngiz Ağabala qızı
Quliyeva Sima Əhməd qızı
Sadıxova Nairə Hafiz qızı
Tağıyeva Xatirə Sətdar qızı.
report.az