“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 21-də “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının nümayişi keçiriləcək.
Filmdə 20-dən çox məşhur aktyor, muğənni və rejissor rol alıb.
Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.
Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M. Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.
Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu "əmanət"in yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.
Video
report.az