TRT-nin “Gəzəlim Görəlim” proqramı Azərbaycanda çəkiliş aparıb
13.12.2012

TRT-nin ən uzunömürlü proqramı olan “Gəzəlim Görəlim”in çəkiliş qrupu oktyabr ayının sonunda Azərbaycana gələrək Qəbələ və Şəki rayonlarından çəkilişlər aparıb. TRT-nin Bakı nümayəndəliyindən verilən məlumata görə, proqram dekabrın 15-də Bakı vaxtı ilə saat 20.20-də TRT-1 ekranlarında yayımlanacaq.

Proqramın prodüseri və aparıcısı Nuray Yılmaz proqramı TRT-nin internet saytında belə təqdim edib: “Sevgi ilə yoğrulmuş Azərbaycan və Türkiyə tarixi eynidir. Qardaşlıq bağları güclüdür və birlik, bərabərliklə birləşib. Bu həftə sizləri Azərbaycanda qonaq edəcəyik”.

APA