“Kapital Bank” yeni güzəştli kredit aksiyasına başlayıb
1.12.2017

“Kapital Bank” ASC Yeni İl münasibətilə müştərilərə güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində “Kapital Bank”dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 3% endirim, ödəmə müddətinə 2 ay güzəşt və pulsuz "BirKart" təqdim ediləcək. Həmçinin, bəzi hallarda 8 000 manatadək olan kreditlər zaminsiz veriləcək.
Bu barədə banka istinadən xəbər verilir.
Aksiya 15 yanvar 2018-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü "Kapital Bank"dan alanlara şamil edilir. Kreditin rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

report.az