ASC Xalq Bankının MasterCard/Maestro kartların sahibləri “Qatar Airways”in rəsmi internet səhifəsində (www.qatarairways.com) onlayn bilet alışı zamanı 15 faiz endirimdən yararlana bilərlər.
Bankdan verilən məlumata görə, bu endirimdən faydalanmaq üçün promokod bölməsinə QRMC1011 kodunu daxil etmək və onlayn ödənişi MasterCard/Maestro kartları ilə həyata keçirmək lazımdır. Endirim bütün istiqamətlərdə olan ekonom və biznes sinifli uçuşları əhatə edir. Kampaniya dekabr ayının 24-dək etibarlıdır. Kampaniya çərçivəsində alınan biletləri 2018-ci il mayın 31-dək istifadə etmək mümkündür.
Xalq Bank 2011-ci ildən MasterCard beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. 2017-сi ildə “Xalq Bank” Azərbaycanda “World MasterСard Black Edition” kartını istifadəyə verən ilk bank olmuşdur. MC Debit, MC Standard, MC Business və MC Gold kartları Xalq Bankın istənilən filialında pulsuz təqdim edilir. Xalq Bankın kartları haqda ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.
trend