Azərbaycan «Milyardıncı turist» beynəlxalq aksiyasına qoşulub
13.12.2012

Bu gün dünya üzrə milyardıncı turistin beynəlxalq səyahət tarixi kimi qeyd olunur. Bu gün «Azərbaycan Hava Yolları»nın (AZAL) Bakı-London aviareysində uçacaq hər bir sərnişin simvolik olaraq dünya üzrə səyahət edən milyardıncı turist ola bilər.

Bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu aviareysin hər bir sərnişininə müvafiq sertifikat təqdim ediləcək. Bununla da, Ümumdünya Turizm Təşkilatına üzv olan hər bir ölkə kimi Azərbaycan da «Milyardıncı turist» aksiyasına qoşulur.

Qey edək ki, AZAL-ın Bakı-London (Heathrow) aviareysi bu gün Heydər Əliyev Hava Limanının Şimal terminalından «Airbus-320-200» təyyarəsi ilə saat 19:05-də yerinə yetiriləcək.

APA