Ən kiçik planet “Kepler 10-B”
14.12.2012

Günəş sistemindən kənarda ən kiçik planet tapılıb. ABŞ milli kosmik araşdırmalar agentliyi – NASA alimləri bildiriblər ki, Günəş sistemindən kənarda məlum olan planetlərin ən kiçiyi Əjdaha bürcündədir və Yer kürəsindən 564 işıq ili məsafədədir.

”Kepler-10B” adlandırılan planetin radiusu Yer kürəsinin radiusundan 1.42 dəfə böyükdür. “Kepler-10B”nin orbiti öz ulduzuna yaxın olduğuna görə, planetin səthindəki temperatur Selsi şkalası ilə 1500 dərəcəyə bərabədir. Planetin ən əsas xüsusiyyəti dünya böyüklüyündə olmasıdır.

Yeni planetin səthinin qayalar və daşlarla örtülü oduğu ehtimal edilir. Həmin planetin sıxlığı dünyanınkından 4.5 qat çoxdur. Amerikalı mütəxəssislər ilk dəfədir ki, dünyaya bu qədər oxşar planet tapdıqlarını bildirir. Alimlər hətta bu kəşfin yeni planet axtarışında dönüm nötəsi adlandırırlar.

Planeti göstərən Kepler teleskopu isə günəş sistemində dünyaya oxşar yeni planetlərin araşdırılması üçün NASA tərəfindən 2007-ci ildə kosmosa göndərilib.

Big.az