Məşhur müğənni Türkiyəni tərk edir
4.12.2017

Dünya şöhrətli müğənni Tarkan Türkiyəni tərk edərək ailə qurduğu Pınar Diləklə birlikdə Almaniyada yaşayacaq.

Almaniyaya köçmək üçün Tarkan Federativ Respublikanın konsulluğuna müraciət edib.

Müğənninin yaxın günlərdə Almaniyaya gedərək Köln şəhəri yaxınlığında 3 milyon türk lirəsinə aldığı villada yaşayacağı bildirilir.

Qeyd edək ki, Tarkanın həyat yoldaşı P.Dilək Almaniya vətəndaşıdır.

trend.az