“Nar” “BakuTel” sərgisində ən son məhsullarını təqdim edəcək
4.12.2017

“Nar” sabah Bakıda işə başlayan XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“BakuTel-2017”) sərgisində iştirak edəcək.
“Azerfon”dan verilən məlumata görə, mobil operator hər il olduğu kimi, bu il də sərgidə ən son yeniliklərini təqdim etməyi planlaşdırır.
Dörd gün davam edəcək sərgi müddətində “Nar” səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet, IP-TV və mobil rabitə xidmətlərini vahid ödənişlə təklif edən “Qutu” məhsulunu, ölkədaxili danışıq dəqiqələri ilə bol internetin daxil olduğu yeni “Full” paketlərini, xaricdə alış-veriş edərkən ƏDV-nin geri qaytarılması prosesini sadələşdirən “Nar TaxFree” mobil tətbiqini və digər nailiyyətlərini sərgi iştirakçılarına təqdim edəcək.
Sərgi iştirakçıları LTE-A (LTE-Advanced) innovativ texnologiyasının test sınamasında iştirak edərək, “Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını da bilavasitə sınaqdan keçirə biləcəklər.
Sərgi günlərində “Nar” stendində texnoloji yeniliklərlə yanaşı, əyləncəli yarışmalar da keçiriləcək. Məsələn, təşkil ediləcək müsabiqə çərçivəsində “Nar” stendinin qonaqları dəyərli smartfon qazanmaq şansına sahib olacaqlar. Qeyd edək ki, müsabiqə bütün sərgi günlərində təşkil ediləcək və hər bir günün qalibi smartfona sahib olacaq.
Qeyd edək ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şəbəkə hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6 000-dən artıq baza stansiyası ilə 2 mln.-dan çox abunəçiyə xidmət göstərir.

report.az