Proqnozlar Bürosu: Dekabrın 6-da axşam saatlarından hava şəraiti qeyri-sabit keçəcək
4.12.2017

“Dekabrın 6-da axşam saatlarından Azərbaycanda hava şəraitinin dəyişəcəyi gözlənilir”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, dekabrın 5-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Dekabrın 6-da axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir”.
Direktor qeyd edib ki, dekabrın 6-da qərb küləyinin güclənəcəyi gözlənilir.

report.az