Ukraynanın paytaxtı Kiyevdə gənc azərbaycanlı rəssam Elvira Məmmədovanın əsərlərindən ibarət sərgi açılıb.
Sərgidə E.Məmmədovanın müxtəlif janrlarda çəkdiyi 15-ə yaxın əsəri sərgilənir.
Rəsmlər yüksək rəngli kontrast və ritmik xətlərlə xarakterizə olunur, səs seçimi hissi yaradır. Sirli portretlər, danışan dağlar, göyün hərəkəti, kosmik məkanlar, bunların hamısı azərbaycanlı rəssamın çox zəngin ruhunun simfoniyasını yaradır.
Sərgi dekabrın 8-dək davam edəcək.
azertag.az