“Azercell” şirkəti daha bir yeniliyi abunəçilərinə təqdim edir. Belə ki, Azərbaycanda ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar.
Şirkətə istinadən verilən xəbərə görə, bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"in qurulmasına nail ola biləcəklər. Bundan başqa, “Virtual ATS” həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə xüsusi imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
“Virtual ATS” xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır. Bir sözlə, “Virtual ATS” biznesi genişləndirən zaman və ya yeni bir ofisə keçildiyində əvəzsizdir. Həmçinin bu xidmət adi telefon stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb etdiyində zəruri olacaq. "Virtual ATS" xidmətin üstünlüklərinə Mini ATS və əlavə avadanlığın tələb olunmaması və şirkət nömrəsinin bütün ofis və filiallar üçün eyni olması daxildir.
“Azercell” mobil ehtiyaclarınıza uyğun olaraq sizə “Standart” və “Premium” Mobil ATS paketlərini də təqdim edir.
Standart paket
Qoşulan nömrələrin sayı Şirkətdaxili nömrələrə göndərilən SMS sayı Qiymət, AZN
1 – 10 500 SMS 100 AZN
11 – 30 1000 SMS 250 AZN
31 – 100 3000 SMS 600 AZN
101 və daha çox 10 000 SMS 750 AZN
Premium paket
Qoşulan nömrələrin sayı Şirkətdaxili nömrələrə göndərilən SMS sayı Qiymət, AZN
1 – 10 1500 SMS 250 AZN
11 – 30 3000 SMS 550 AZN
31 – 100 9000 SMS 1500 AZN
101 və daha çox 30 000 SMS 1800 AZN
report.az