"Lamborghini" dünyanın ən sürətli yolsuzluq avtomobilini təqdim edib
5.12.2017

İtaliyanın "Lamborghini" şirkəti dünyanın ən sürətli yolsuzluq avtomobillərindən biri olan "Urus" modelini təqdim edib.
Təqdimat mərasimi şirkətin Sant-Aqata-Bolonyeze şəhərində yerləşən zavodunda baş tutub.
"Lamborghini Urus" iki turboşarjlı yeni 4 litrlik 650 at gücündə V8 benzin mühərriki ilə təchiz olunub. Avtomobilin maksimum sürəti 305 km/saatdır. O, yerindən 100 km/saata qədər sürəti 3,6 saniyəyə yığa bilir.
Firmanın məlumatına görə, "Urus" dünyanın ən sürətli yolsuzluq avtomobilidir.
Avtomobilin təqribi qiyməti 254 min dollardır.

report.az