“Kapital Bank” ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Bakıxanov filialının yenilənmiş ofisini istifadəyə verib. Yeni konsepsiya əsasında təmir edilən filial Bakıxanov qəsəbəsi, Sakit Orucov küçəsi,13A ünvanında yerləşir.
Bu barədə Banka istinadən xəbər verilir.
“Kapital Bank”ın yeni ünvanda istifadəyə verilən Bakıxanov filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial daxilində banka azyaşlı uşaqları ilə gələn müştərilərin rahatlığı məqsədi ilə müxtəlif əyləncə attraksionları və oyuncaqlarla təmin edilən uşaq guşəsi yaradılıb.
Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, Bakı şəhəri üzrə Buzovna, Dəmiryol və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, Qubadlı, Göyçay və Qobustan filialları yeni ünvana köçürülüb, Həzi Aslanov, Beyləqan, Tərtər və Gədəbəy filialları isə yeni konsepsiya ilə müştərilərin istifadəsinə verilib. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmiri, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Hazırda "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərə xidmət göstərir.
report.az